Avropa Şurası öz daxilində gedən deqradasiya proseslərini həll etsə daha yaxşı olar –Rasim Quliyev

Avropa Şurası öz daxilində gedən deqradasiya proseslərini həll etsə daha yaxşı olar –Rasim Quliyev

"Azərbaycan Avropa üçün çox vacib bir dövlətdir və Azərbaycan Avropanın inkişafında, Avropanın enerji təhlukəsizliyində çox əhəmiyyətli rol oynayan bir ölkədir. Eyni zamanda, Azərbaycanı Avropa üçün vacib edən amillərdən biri də Azərbaycanın geo-siyasi mövqeyi, coğrafi xəritədə yerləşdiyi məkandır ki, Azərbaycan həm Avropadır, həm də Avropanın Asiyaya qapısıdır. Azərbaycan Avropanın mədəni həyatında çox mühüm rol oynayır" - bu fikirləri Olaylar.az-a  Azərbaycan Prezidenti AŞPA-nın sabiq prezidenti, hazırda Türkiyənin XİN rəhbəri olan M.Çavuşoğlunu qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən siyasi ekspert, "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev deyib.

R.Quliyev onu da bildirib ki, Azərbaycan Avropanın Asiya qapısı olduğu üçün aparacı və həlledici dövlətdir. Bu gün Azərbaycan Avropanı Asiya ilə birləşdirən böyük nəqliyyat kommunikasiyasının mərkəzində dayanır və bu, bütün yükü, bütün kommunikasiya xətlərinin əsas kəsişmə nöqtəsini Azərbaycan öz üzərində cəmləşdirə bilib. Bu da Azərbaycanın milli mənafeyinə uyğun apardığı siyasətinin tərkib hissəsidir. Azərbaycan bu islahatlarla daim yenilənən, inkişaf edən siyasəti həyata keçirərək həm öz milli mənafeyimizə uyğun olaraq inkişafımızı təmin edir, həm də Avropanın iqtisadi həyatına öz töhfəsini verir. Belə qənaətə gəlmək olar ki, Azərbaycan Avropa üçün çox önəmli ölkələrdən biridir.

"Bəs bunun müqabilində Avropa Şurası nə edir" sualına gəlincə isə, ekspert qeyd edib ki, İlham Əliyev Azərbaycan 2001-ci il yanvar ayının 25-dən Avropa Şurası Parlament Assambleyasına tam hüquqlu üzv qəbul edildikdən sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq AŞPA-nın fəaliyyətinə kifayət qədər yaxından bələd olan siyasətçi kimi AŞ haqqında Onun səsləndirdiyi fikirlər cox ciddi anonsdur. Yəni AŞ-nın riyakar, ikili standartlarını Azərbaycanın ən yüksək rəsmisi səviyyəsində səsləndirilməsi AŞ-nın hazırkı durumuna verilən qiymətdir. Sözsüz ki, Azərbaycan Avropa dövlətləri ilə birbaşa ikitərəfli münasibətləri olan dövlətlərdəndir və bu faktor daim diqqətdə saxlanmalıdır. Ancaq Avropa Şurası bir qurum olaraq bu tərəfdaşlığı heç vaxt nəzərə almayıb, daim şantaj, təhdid və hədələyici tonda danışmağa üstünlük verib: "Eyni zamanda, Cənab Prezidentin həmin görüşdə səsləndirdiyi fikirlərdən biri də bu idi ki, Azərbaycanla Türkiyə həmin AŞ-nın nümayəndə heyətinin rəhbəri olarkən görüşlərində iki nümayəndə heyətinin qarşılıqlı razılığı əsasında bizim mövqelərimizin uzlaşdırılması hələ o zamandan əsası qoyulub və bu, belə də davam edir. AŞ-nın Azərbaycana qarşı olan riyakar ikili standartlı mövqeyi tək Azərbaycana qarşı deyil həm də Türkiyəyə qarşıdır. Sözsüz ki, bunun arxasında da başqa məqsədlərin olduğu görünür. Buna misal olaraq deyə bilərəm ki, qonşuluğumuzda olan dövlətlərdən Ermənistanda, Gürcüstanda və yaxud da keçmiş MDB ölkələrində Avropa ölkələrində belə baş verən siyasi həbslərə, siyasi qətillərə və digər bu qəbildən olan hadisələrə göz yumulduğu halda, Azərbaycan isə böhtanla, şantajla təhdid olunursa, sözsüz ki, bunun arxasında həmin qurumun qərəzli münasibəti dayanır. Buna görə də Azərbaycan Prezidenti çəkinmədən, açıq və çox ciddi münasibət bildirdi".

Eyni zamanda ekspert onu da əlavə edib ki, artıq həmin qurumun münasibəti, Azərbaycana qarşı bir kağız parçası qədər dəyərləndirilirsə, rəsmi səviyyədə də belədirsə, deməli Azərbaycan üçün o qurumun bir əhəmiyyəti yoxdur. Bu qurumun hansı mövqeyindən asılı olmayaraq Azərbaycan öz siyasətini milli mənafeyinə uyğun davam etdirirsə, ən müasir Avropa standartlarına cavab verirsə və bunu dünyanın başqa beynəlxalq qurumları qəbul edirsə, deməli Avropa Şurasının Azərbaycan haqqında hər hansı bir ləkələmə, qarayaxma kampaniyası Azərbaycanın dövlət siyasətinə elə də təsir göstərə bilmir. Avropa Şurası öz daxilində gedən deqradasiya proseslərini həll etsə daha yaxşı olar.

Ay An

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31