Bülletenlərin seçki komissiyalarına verilməsi başa çatdı
Bülletenlərin seçki komissiyalarına verilməsi başa çatdı
6 Fevral 2020 17:26 SiyasətMilli Məclisə seçkilərlə bağlı bülletenlərin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.
Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir. Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasından seçki bülletenlərinin DSK-lara verilməsi prosesi fevralın 3-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31