Valeri Gerasimov hərbi əməkdaşlığı müzakirə etdilər

Valeri Gerasimov hərbi əməkdaşlığı müzakirə etdilər

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda azərbaycanlı həmkarı general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, habelə hərbi və hərbi-texniki əməkdaşlığa dair fikir mübadiləsi aparıblar: "Bundan əlavə, Xəzərdə qarşılıqlı əlaqələri davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər".

virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31