“Ölkə Prezidenti İlham Əliyevin nitqi beynəlxalq aləmə siyasi mesajdır” – Şərh
“Ölkə Prezidenti İlham Əliyevin nitqi beynəlxalq aləmə siyasi mesajdır” – Şərh
6 Fevral 2020 15:28 SiyasətBununla cənab prezident siyasi mühitə ədalətsizlik prinsipinin hökm sürdüyünü çatdırır
"Siyasi arenada institutlar aktivliyinə görə fərqlənməkdədirlər. Aktiv siyasi institutlar siyahısında təşkilatların rolunu xüsusi qeyd etmək lazımdır. Məsələ orasındadır ki, təşkilatların hər biri bu siyahıya aid edilə bilməz. Bu onların vəzifə öhdəliklərindən, hüquqi müdafiə sistemindən asılı olaraq qiymətləndirilir. Ölkəmiz istər siyasi aləmdə, istərsə də beynəlxalq əlaqələrdəki fəaliyyətinə xas olaraq təşkilatlarda aktivliyini göstərir. Ölkənin təşkilatlarda iştirakı suverenliyi, hüquqi müdafiəni, azad demokratiyanı, dünyada xalqın təmsil olunmasını təmin edir. Məhz Azərbaycan təşkilatlar çərçivəsində qarşısında müəyyən hədəflər qoymuş bunun əsasında layihə və tədbirlər həyata keçirilməkdədir. Avropa Şurası ilə dövlətimiz arasında sıx əlaqələr mövcud olmuşdur. Şura əsasnaməsinə xas olaraqdan qitədə insan azadlıqları, hüquqlarının müdafiəsi, dövlətlərin suverenliyi üçün fəaliyyət göstərir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.
O bildirib ki, Avropa Şurası daşnaq ermənistanını ölkəmizdən daha çox inkişaf etmiş ölkə kimi qeyd edir: "1994-cü ildə Şura Parlament Assambleyası Azərbaycana ermənilərin təcavüzü ilə bağlı qətnamə qəbul edilsə də, bu öz təstiqini tapmamışdır. 2014-cü ildə ölkəmiz AŞ nazirlər kabinetinin sədrlik etmişdir. 6 aylıq sədrlikdə möhtəşəm nəticələr əldə edilmişdir. Bütün bunlara baxmayaraq istər Şura iclaslarında, istər Parlament assambleyasında Azərbaycan haqqında xoşagəlməz, mənfi fikirlər səslənir. Ölkəmizin imicini korlayacaq müzakirələr aparılır. Bu müzakirələr insan hüquqlarının pozulması, siyasi məhbusların çoxluq təşkil etməsi, xalqın mənafeyinin pozulması və s. məsələləri özündə əks etdirir.
Ekspert qeyd edib ki, ölkəmizdə siyasi məhbusluq anlayışı yox dərəcəsindədir. Bu öz səvlərinə görə, ölkədə vəzifə və öhdəlikləri qəti şəkildə pozmasına görə azadlıqdan məhrum olmuş şəxslərə aid edilir. Lakin bu məhfumlar ayrı mənalar kəsb edir: "İnsan hüquqlarından söhbət açarkən deyə bilərəm ki, 1995-ci ildə ali konstitusiya qəbul edilmiş, 1998-ci ildə ölkədə ölüm hökmü ləğv edilmiş, mətbutda nəzərdə tutulmuş senzura aradan qaldırılmışdır. Parlament assambleyasına 2010-2012-ci illər çərçivəsində qardaş ölkə xarici işlər naziri Mövlud Çavuşoğlu rəhbərlik etmişdir ki, hüquqi qanunların qəbulu, ədalətlilik prinsipinin tətbiqi xüsusi diqqəti cəlb edirdi. Ölkə Prezidenti İlham Əliyevin nitqi beynəlxalq aləmə siyasi mesajdır. Bununla cənab prezident siyasi mühitə ədalətsizlik prinsipinin hökm sürdüyünü çatdırır. Beynəlxalq təşkilatlar sadəcə siyasi fiqur olaraq fəaliyyət göstərir. Vəddlər verilir, sənədlər qəbul edilir, lakin tətbiq edilmir. Bu özündə beynəlxalq elmi araşdırmaların saxtakarlığını da üzə çıxarır. Elm praktiki cəhətdən təstiq edilmir".