“Avropa Şurası türk-müsəlman ölkələrinə qarşı ikili standartlarla çıxış edir” – Şərh

“Avropa Şurası türk-müsəlman ölkələrinə qarşı ikili standartlarla çıxış edir” – Şərh

Azərbaycanda balanslaşdırılmış xarici siyasət həyata keçirilir

"Türk-müsəlman ölkələrinə qarşı ikili standartlarla çıxış etmək və  onlarla qeyri-səmimi münasibət qurmaq Avropanın dəyişməyən siyasi fəlsəfəsidir. Qərb fəlsəfəsi ondan ibarətdir ki, xristian Avropası bölgədə xristian, kiçik etnik qrupları dəktəkləməlidir. Və bölgədəki ayrı-ayrı konfesyalar, etnik qruplar hər zaman Azərbaycan və Türkiyəyə qarşı qaldırılacaqdır. Qərbin anti-türk siyasətinin əsası məhz yüz il əvvəl Sevr müqaviləsindən qoyulmuşdur. Şahidi oluruq ki, bir əsr sonra da dəyişən heçnə yoxdur".

Bu fikirləri Olaylar.az-a Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib.

"Avropa Şurasında Azərbaycanla bağlı məsələlər müzakirə olundu eyni zamanda, Ermənsitanda insan hüquqları, Paşinyanın siyasi represiyyaları ilə bağlı heç bir məlumatın verilməməsi qərəzli mnasibəti bir daha göstərir. Qərb öz mahiyyətini açıq şəkildə ortaya qoyub. Cənab prezident  İlham Əliyevin uzaqqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın xarici siyasəti optimaldır və milli maraqlar üzərində qurulub. Regionda baş verən siyasi prosseslər bir daha dəlalət edir ki, Azərbaycanda balanslaşdırılmış xarici siyasət həyata keçirilir", - deyə Z.Məmmədov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31