Suraxanıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Suraxanıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
6 Fevral 2020 12:49 SiyasətSuraxanı Rayon Gənclər və İdman İdarəsi fevralın 9-da keçiriləcək parlament seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş təşkil edib. Olaylar.az-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Suraxanı Gənclər evində keçirilən tədbirdə seçki hüququndan düzgün istifadə, səsvermə qaydaları barədə məlumat verilib. Sonda gənc seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31