“Müxtəlif sahələrdə ciddi uğurlara imza atan Azərbaycan zəngin seçki təcrübəsinə malikdir”
“Müxtəlif sahələrdə ciddi uğurlara imza atan Azərbaycan zəngin seçki təcrübəsinə malikdir”
6 Fevral 2020 12:45 Siyasət"Azərbaycan sürətlə inkişaf edən ölkədir. Müxtəlif sahələrdə ciddi uğurlara imza atan Azərbaycan zəngin seçki təcrübəsinə malikdir. İnanıram ki, parlament seçkilərindən sonra Azərbaycanın inkişafı daha da sürətlənəcək". Olaylar.az bildirir ki, bunu secki-2020.az saytına açıqlamasında Rusiyada fəaliyyət göstərən siyasətçi Ramin Qasımov bildirib.
"Bu günə qədər Azərbaycanda keçirilən parlament və prezident seçkiləri öz şəffaflığı ilə seçilib. Müşahidələr də göstərir ki, seçkilər hər zaman peşəkarlıqla təşkil olunur, seçki prosesi şəffaflığı və bütün norma-prosedurlara uyğunluğu ilə yadda qalır",- deyə Ramin Qasımov vurğulayıb.
O əminliklə bildirib ki, Azərbaycan xalqı parlament seçkilərində layiqli namizədlərə səs verərək öz iradəsini ifadə edəcək.
Ramin Qasımov deyib: "Kifayət qədər çox namizəd deputatlıq mandatı uğrunda mübarizə aparır. Seçkiləri çoxlu sayda beynəlxalq və yerli müşahidəçi izləyəcək. Həmçinin ölkədə demokratik seçki mühiti var. Bütün bunlar parlament seçkilərinin ədalətli və şəffaf şəraitdə keçiriləcəyinə əminlik yaradır".