27 saylı Sabunçu ikinci seçki dairəsində 500-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib

27 saylı Sabunçu ikinci seçki dairəsində 500-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib

27 saylı Sabunçu ikinci seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıq yüksək səviyyədə aparılır. Olaylar.az bildirir ki, bunu secki-2020.az saytına açıqlamasında dairə seçki komissiyasının (DSK) sədri Nadir Əjdərov bildirib. O, dairə üzrə 39 seçki məntəqəsinin fəaliyyət göstərdiyini deyib. Qeyd edib ki, dairə üzrə seçicilərin sayı 51 min 870 nəfərdir: "9 fevralda keçirilən parlament seçkilərinə hazırlıq prosesi lazımi qaydada gedir. Bütün məntəqələr zəruri avadanlıqlarla təmin edilib. 10 məntəqədə veb-kamera quraşdırılıb".

DSK sədrinin sözlərinə görə, parlament seçkilərində namizəd kimi iştirak etmək istəyən vətəndaşlardan 11 nəfərinin namizədliyi qeydə alınıb. Namizədlərə seçkiqabağı təşviqatlarını aparmaq üçün hər bir şərait yaradılıb: "Təşviqat lövhələri quraşdırılıb. Namizədlər öz seçki plakatlarını təşviqat lövhələrinə vurublar. Namizədlər xüsusi ayrılmış 1 qapalı və 1 açıq yerlərdə seciçilərlə görüşlər keçirirlər".

27 saylı Sabunçu ikinci seçki dairəsində səsvermənin gedişini izləmək üçün 500-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31