Anatoli Fyodorov: "Azərbaycanda məntəqələr parlament seçkilərinə tam hazırdır"
Anatoli Fyodorov: "Azərbaycanda məntəqələr parlament seçkilərinə tam hazırdır"
6 Fevral 2020 12:36 Siyasət"Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı təəssüratlarım yalnız müsbətdir". Olaylar.az bildirir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında MDB müşahidə missiyasının üzvü Anatoli Fyodorov deyib.
"Biz parlament seçkilərinə hazırlıq işlərini müşahidə edirik. Müşahidələrimə əsasən deyə bilərəm ki, seçkilər yüksək səviyyədə təşkil olunub. Hər yerdə vəziyyət normaldır, hər hansı iradımız yoxdur. Məntəqələrdə treninqlər keçirildiyi üçün hazırlıqlar da yüksək səviyyədədir. Məntəqələrdə müşahidəçilər üçün yerlər də düzgün seçilib. Bir sözlə, məntəqələr seçkilərə tam hazırdır", - missiya üzvü vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31