İlham Əliyev Çindən təxliyə olunan azərbaycanlılarla bağlı GÖSTƏRİŞ VERDİ
İlham Əliyev Çindən təxliyə olunan azərbaycanlılarla bağlı GÖSTƏRİŞ VERDİ
6 Fevral 2020 11:21 SiyasətPrezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.
"Report"un Azərbaycanın Türkiyədəki səfirliyindən əldə etdiyi məlumata görə, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.
Hazırda onların vəziyyətlərində problem aşakarlanmayıb, vəziyyətləri yaxşıdır.
Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, 6 Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31