Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
5 Fevral 2020 16:09 SiyasətCeyhun Valeh oğlu Məmmədov Aprel döyüşlərində şəhid olan Emil Güloğlan oğlu Abdülhəmidov və Ruhin Əşrəf oğlu Qəhrəmanovun valideyinləri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edib.
Daha sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verən A.Fərzəliyev onun fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədov Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayaraq, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqları təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Deputatlığa namizəd daha sonra seçicilərin fevralın 9-da keçiriləcək parlament seçkilərində fəallıq göstərəcəyinə əminliyini diqqətə çatdırıb.
Daha sonra Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Görüş iştirakçılarına deputatlığa namizəd Ceyhun Məmmədov haqqında məlumat verib.
Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.














.jpg)