Ermənistanda antikonstitusion “Konstitusiya düzəlişləri”

Ermənistanda antikonstitusion “Konstitusiya düzəlişləri”

Yervand Varosyan: "İstənilən siyasi, hüquqi və iqtisadi böhran dövlətin anarxiyaya çevrilməsi təhlükəsini yaşadacaq"

Ermənistanın hüquq müdafiəçisi Yervand Varosyan özünün "Facebook" səhifəsində parlement çoxluğuna malik olan hakim "Mənim addımım" frkasiyasının deputatı Vaaq Ovakimyanın konstitusiya layihəsində ediləcək düzəlişlərlə bağlı təklifini sərt şəkildə qınayıb və bunu açıq şəkildə qanunun pozulmasına doğru atılan addım kimi qiymətləndirib. O, əsasən bildirib ki, həmin təklif nəinki qanun çərçivəsindən çıxmağa doğru yönəlmiş de-fakto cəhdidir, həm də onu de-yure qanunuləşdirməkdir. SİA xəbər verir ki, onun bu fikirlərini tert.am saytı ictimailəşdirib.

"Bu, Konstitusiyanı dəyişmək üçün, Konstitusiyanın pozulması yönündəki təhlükəli nöqtədir"

"Bunun ciddiliyini anlayıb təhlükəli hal olduğunu bilməliyik. Mümkündür ki, bu hakimiyyətin dəyişilməsindən sonra ilk haldır", yazan erməni hüquq müdafiəçisi əlavə edib ki, bu bütövlükdə hakimiyyətin uzurpasiyasına hesablanmış addımdır və həmin yol marionet Konstitusiya məhkəməsinə aparır: "Bu, Konstitusiyanı dəyişmək üçün, Konstitusiyanın pozulması yönündəki təhlükəli nöqtədir".

Yervand Varosyana görə, onun həmkarları da kifayət qədər fikirlər bildirməklə qeyd ediblər ki, Konstitusiya normalarının Konstitusiya məhkəməsinin qərarı olmadan dəyişdirilməsi yolverilməzdir.

"Görünən budur ki, konstitusiya düzəlişləri hüququnun xalqdan alınıb, dövlət orqanlarına verilməsi birbaşa qanunları tapdamaqdır", hüquq müdafiəçisi bildirib və qeyd edib ki, hətta ən dəhşətli halda təsəvvürə gətirmək olmur ki, qanunverici orqandakı hər hansı siyasi gücün iştirakı ilə Kopnstitusiyaya birmənalı düzəlişlər edilsin: "Çox danışılırdı ki, bu addım xüsusi amansız cinayət hesab olunur və qanunla mühakimə olunmalıdır. Lakin mən bu problemə daha mühüm nəzər nöqtəsi ilə baxmaq istərdim. Bu, bütün hakimiyyəti ələ keçirmək həvəsi, siyasi didişmə və xüsusi amansız cinayətidir ki, gələcəkdə cinayət məsuliyyətinə cəlb edilənlər olacaq".

"Konstitusiya düzəlişləri de-fakto antikonstitusion yolu ilə realizə ediləcək"

Erməni hüquq müdafiəçisi mövcud olayaq dövlət təhlükəsizliyi baxımından da yanaşıb: "Gəlin problemə dövlət təhlükəsizliyi baxımından da yanaşaq və araşdıraq ki, biz əslində nə ilə oynayırıq? Təsəvvürə gətirək ki, konstitusiya düzəlişləri de-fakto antikonstitusion yolu ilə realizə ediləcək. Bu isə onu göstərir ki, Konstitusiya qeyri-legitim olacaq. Belə olan halda, dövlətin hüquqi təhlükəsizliyi barədə danışmaq yersizdir, istənilən siyasi, hüquqi və iqtisadi böhran isə, dövlətin anarxiyaya çevrilməsi təhlükəsini yaşadacaq".

Beləliklə, Yervand Varosyan bu addımların ciddi təhlükə olduğunu, dövlətçiliyin isə məhvə doğru sürükləndiyini bildirib və çox yəqin ki, Ermənistanda həqiqətən də daha ağır siyasi böhranlar yaşanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31