72 saylı Yardımlı-Masallı seçki dairəsində seçkilərə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir
72 saylı Yardımlı-Masallı seçki dairəsində seçkilərə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir
5 Fevral 2020 14:43 SiyasətMilli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar olaraq 72 saylı Yardımlı-Masallı seçki dairəsində hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. "Olaylar" xəbər veiri ki, Dairə seçki komissiyasının sədri (DSK) Qabil Canaliyev secki-2020.az saytına açıqlamasında bildirib ki, 41 min 179 seçicisi olan dairədən Milli Məclisə keçiriləcək seçkilərdə namizəd kimi iştirak etmək istəyənlərdən 9 nəfərin namizədliyi qeydə alınıb. Q.Canaliyev qeyd edib ki, seçki prosesini izləmək üçün 940 müşahidəçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, dairədəki 82 məntəqənin 5-də quraşdırılan veb-kameralar işlək vəziyyətə gətirilib. Ümumən seçkiyə tam hazır olduqlarını qeyd edən DSK sədri söyləyib ki, məntəqələr bütün lazımi avadanlıqlarla təchiz olunub. Q.Canaliyev əlavə edib ki, təbliğat-təşviqat kampaniyasının aparılması üçün namizədlərin ixtiyarına 36 açıq, 36 qapalı yer təqdim olunub. DSK sədri bildirib ki, yaxın günlərdə seçki bülletenlərinin məntəqələrə paylanılmasına başlanılacaq.