Çavuşoğlu Azərbaycana gəlir

Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Türk Şurası üzvləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri, eləcə də müşahidəçi ölkə Macarıstanın xarici işlər və ticarət naziri Türk Şurasının gündəmində olan təxirəsalınmaz məsələləri müzakirə etmək üçün görüşəcəklər.

axar.az

Muxtar Tleuberdi Azərbaycana gələcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31