İlqar Vəlizadə: "Azərbaycandakı seçkiöncəsi mühit kifayət qədər demokratikliyi ilə səciyyələnir"

İlqar Vəlizadə: "Azərbaycandakı seçkiöncəsi mühit kifayət qədər demokratikliyi ilə səciyyələnir"

"Azərbaycandakı seçkiöncəsi mühit kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Parlament seçkilərinin qanunvericiliyə uyğun şəkildə keçirilməsi üçün bütün lazımi tədbirlər görülür". "Olaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, bildirib ki, həm seçicilər, həm də namizədlərin aktivliyi müşahidə olunur: "Parlament seçkilərində kifayət qədər çox namizəd qeydə alınıb. Bu fəallıq demokratik seçkilərə inamdan irəli gəlir. Eyni inam seçicilərdə də müşahidə olunur".

İ.Vəlizadə parlament seçkilərinin demokratik və şəffaf keçiriləcəyinə əminliyini ifadə edərək deyib: "Azərbaycanda seçki təcrübəsi və qanunvericilik beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə imkan verir. Bundan əvvəlki seçkilərdə beynəlxalq müşahidəçilərin rəyləri də göstərir ki, demokratik seçki təcrübəmiz zəngindir. Seçki qanunvericiliyinin mütəmadi olaraq təkmilləşdirilməsi, sosial-siyasi dinamikaya uyğunlaşdırılması da demokratik seçkilərin keçirilməsinə, pozuntuların qarşısının alınmasına hesablanıb. Proseslərin analizi deməyə əsas verir ki, fevralın 9-da növbəti demokratik seçkilər keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31