“Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır”

“Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır”

İlham Əliyev: "Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq"

Azərbaycanın geosiyasi proseslərdə əsas aktora çevrilməsində vacib rol oynayan iqtisadi layihələr ölkənin təhlükəsizlik maraqlarına söykənir. Bu mənada Azərbaycanın son dövrlərdə regionun nəqliyyat dəhlizinə çevrilməsi məqsədilə atılan addımlar ölkənin siyasi sabitliyini və makroiqtisadi dayanıqlılığını möhkəmləndirərək digər region dövlətləri ilə müqayisədə rəqabətlilik qabiliyyətini də artırır. Nəqliyyat sahəsində həyata keçirilmiş bir sıra layihələr, ölkə ərazisində yeddi aeroportun istifadəyə verilməsi və onların altısının beynəlxalq statusa malik olması bu sahədə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın hava xidmətlərinə görə 11-ci yerə layiq görülməsi qeyd edilən uğurlu siyasətin nəticəsidir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, energetika və neft-qaz sahəsində görülən işlər, xüsusilə Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi iqtisadi səmərəliliyi ilə yanaşı, ölkə üçün geosiyasi əhəmiyyətə də malikdir. Bununla yanaşı, Xəzərdə ən böyük Ələt Beynəlxalq Dəniz Limanının inşası, gəmiqayırma zavodunun tikintisi və görülən digər işlər ölkəmizin müxtəlif sahələr üzrə strateji inkişafını və regionun ən vacib geosiyasi aktor olmasını təmin edir. Böyük gəlir gətirən bu layihələrin reallaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında ölkəmizin oynadığı vacib rol onun regional proseslərdəki önəmini bir daha göstərmiş olur. Qeyd edilənlər fonunda Ermənistanın siyasi identifikasiyası onun bu kimi mühüm regional layihələrdən kənarda qalmasına və həyata keçirilən layihələrdən təcrid edilməsinə səbəb olub.

***

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da bu məsələlərə toxunub. Dövlət başçısı ölkəmizin strateji əhəmiyyətini, rolunu vurğulayıb və xüsusilə Dünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasını mühüm hadisə kimi qiymətləndirib: "Əlbəttə ki, ölkəmizin əhəmiyyətini, rolunu və bizə olan münasibəti əks etdirən son hadisə Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsidir. Bu, çox əlamətdar hadisədir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyada birnömrəli Forumdur, bundan yuxarı yoxdur. Bu, həm siyasi, həm iqtisadi sahədə nömrə birdir və bu bölgədə, Cənubi Qafqazda, Orta Asiyada Azərbaycanı mərkəz kimi seçmək, əlbəttə, böyük hadisədir, mən və Forumun prezidenti niyyət protokolunu imzaladıq, indi işlər başlanacaq və Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. Beləliklə hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir. Əminəm ki, bundan sonra qələbələrimizin sayı çox olacaq".

Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazanığı böyük nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Elə bu səbədən də Azərbaycan Davos İqtisadi Forumu üçün xüsusi əhəmiyyət kəsb edən faktora çevrilib. Belə ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması, ölkədə hökm sürən sabitlik, eləcə də iqtisadi potenisalı imkan verir ki, dünyanın inkişaf etmiş ölkələri və transmilli şirkətləri onunla iqtisadi əməkdaşğlı genişləndirsin. Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşmasını heç də təsadfi hesab etmək olmaz. Bu razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradacaq. Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

***

Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət qloballaşma şəraitində böyük uğurlara gətirib çıxarıb, ölkəmizə iqtisadi, siyasi və sosial dividendlər qazandırıb. Nəzərə almaq lazımdır ki, daxili və xarici siyasətinin yüksək dəyəri həm də qloballaşdırma prosesinə xas olan bir-birinə əks universallıq və unikallıq kimi xüsusiyyətlərin uzlaşdırılmasına nail olmasıdır. Xatırladaq ki, Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində hələ 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihənin dayandırılmayıb, əhalinin sosial rifahının təmin olunması üçün çoxsaylı layihələr həyata keçirilib. Bu siyasət sonrakı illərdə rekord sayda yeni iş yerlərinin yaradılmasına səbəb olub ki, bu da  əhalinin hökümətə etimadının daha da artmasına gətirib çıxarıb. Bu naliyyətlər Azərbaycan xalqının müstəqillik amalına sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirilməsinə şərait yaradıb. Bir daha xatırladaq ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib. Etiraf edilməlidir ki, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazanığı böyük nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Artıq heş kimə sirr deyil ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin və köklü olmaqla yanaşı, həm də səmərəli nəticələr verib. Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib. Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki xarici investorlar, həm də nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizin yürütdüyü  siyasətə etimad göstərir.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31