Deputatlığa namizəd Ləman Ələşrəfqızı:"Bu seçkilərin yaşıl işığını bizə Prezident İlham Əliyev yandırıb"
5 Fevral 2020 13:32 SiyasətDeputatlığa namizəd Ləman Ələşrəfqızı feysbuk vasitəsilə müraciət edib:"Əsas rəqibim görüşlərə xüsusilə bu kontingentlə gedir. Oğuz İH-nin ərazi idarərtmə şöbəsinin müdiri Səyyaf Abbasov, Oğuz rayon kənd təsərrüfatı idarəsinin rəhbəri Azad Əliyev, Oğuz rayon Qaçqınkomun sədri Yaqub Abbasov, Cümə Məscidinin imamı Şövkət Cəlilov, kənd və rayon icra hakimiyyəti işçiləri və s.. Bilirsiz ki, bu Seçki Məcəlləsinə tamamilə ziddir. Bərabər və ədalətli seçki prinsiplərini pozur, seçkilərin şəffaf keçirilməsini şübhə altına alır.
P. S. Bu adamlar Oğuzun öz balası, öz qızı, ölkənin Əməkdar jurnalisti olan Ləman Ələşrəfqızıdan qaçırlar. Niyə??? Nədən çəkinirsiz, kimdən qorxursuz? Bu seçkilərin yaşıl işığını bizə Prezident İlham Əliyev yandırıb, xalqın etimad etdiyi adam seçiləcək deyib. Xalqım, camaatım mənə etimad edir. Bəyəm bunu görmürsüz?)"
