“2019-cu il Azərbaycan tarixinə islahatlar ili kimi düşdü” – Şərh
“2019-cu il Azərbaycan tarixinə islahatlar ili kimi düşdü” – Şərh
5 Fevral 2020 12:20 Siyasət"Fevralın 3-də keçirilən iclas böyük layihələrin və islahatların məcmusudur. 5 illik imzalanmış sərəmcamla həyata keçirilən icra planı ilk ildə böyük uğurlara imza atdı. Ölkədə sosial və iqtisadi sahələrdə inkişaf yer almağa başladı. Sosial cəhətdən insanların rifahı yaxşılaşdırılmışdır. Bu bütün insanlara şamil edilir. Məsələ orasındadır ki, əsas istiqamət maddi durumların artırılması oldu. Tələbələrin, pensiya yaşına çatmış insanların təqaüdləri artırıldı. Həyat tərzinin formalaşmasına ciddi təsir etdi. Gənclərin təhslidə rəqabəti artmağa başladı. Pensiya yaşına çatmış insanların narazılıqları aradan götürüldü. İşyerlərinə nəzər yetirsək 50 minə yaxın insan məşğulluqla təmin olunmuşdur. İqtisadi sahədə dəyişikliklər olmuşdur. Diqqət edərsək iqtisadi göstəricilərimiz 2,2% faiz artmışdır. Bu sevindirici haldır. Çünki bu göstəriciyə qeyri neft sektorlarına ayrılan əmək saəsində nail olunmuşdur".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, ötən il ölkədə hər sahə üçün xüsusi islahatlar həyata keçirildi: "Yol infrastrukturu özünü doğrultdu. Şəhər və rayonlarda yollar bərpa edildi. İnkişaf etdirildi. Bundan əlavə olaraqdan turizm sahəsində geniş imkanlar yaradıldı. İclasda iştirak edən yerli icra başçıları bununla bağlı məlumatlar məruzə etmişdirlər. Məruzələrdə türizm sahəsi üçün yaradılmış yeni imkanlar qeyd edilmişdir. Ölkə başçısı xoşagəlməz hadisələrdə diqqət yetirmişdir. Sahibkarların sıxışdırılması, onlara qarşı rüşvətin təklif edilməsi və s. 2019 cu il bir sözlə ölkədə tam islahat ili oldu. Ölkəmiz dünya arenasında ən yaxşı islahatçı ölkələr siyahısında qeyd edilmişdir. İndiyə kimi müxtəlif iqtisadi və sosial layihələr həyata keçirilmişdir. Bu layihələrin müsbət nəticələri də mövcuddur mənfi nəticələri də. Ötən il isə güclü nəticələrlə göz qabağındadır. Ölkədə inflyasiya 2,5% ə enmiş, əhalinin gəlirləri isə 7,4%ə çıxmışdır.
Keçən il qeyri neft sektorlarından elektrik sahəsində inkişaf diqqəti cəlb edir. Azərenerjidə açılan Şimal 2 yarımelektrik stansiyası 400 meqavat enerji emal edir. Ölkədə önümüzdəki illərdə günəş və külək enerji stansiyalarının əsası qoyulacaqdır. Sevindirici hadisə odurki xarici şirkətlər invesrisiya qoyacaqdır. Mingəçevir elektrik stansiyasında məhv olmuş sahələr yenidən qurulmuşdur".