Bəhruz Quliyev: “Azərbaycanda sahibkarlıq sahəsi yaxın zamanlarda daha böyük uğurlara imza atacaq”

Bəhruz Quliyev: “Azərbaycanda sahibkarlıq sahəsi yaxın zamanlarda daha böyük uğurlara imza atacaq”

"Azərbaycanda sahibkarlığın inkişafı və bu reallığın təməlində dayanan yüksək iqtisadi mühit yaxın gələcəkdə bu sahənin daha böyük nailiyyətlərə imza atacağı reallığını ortaya qoyur".  Bu fikirləri  Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş iclasında irəli sürdüyü fikirlərini şərhd edərkən deyib. 

Onun sözlərinə görə, məhz sahibkarlığa göstərilən dövlət diqqəti və qayğısı əsasən, qeyri-neft sektorunun inkişafına öz töhfələrini verir: "Kənd təsərrüfatının maldarlıq, tütünçülük, pambıqçılıq, baramaçılıq və s. istiqamətlərdəki rentabelli inkişafı da bu fikirləri təsdiq edir. Bu baxımdan da deyə bilərik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Eyni zamanda, yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik, sosial ədalətlilik və ekoloji təhlükəsizlik prinsiplərini rəhbər tutmaqla, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bütün bunlar bir vəhdət şəklində sahibkarlığın təməlli tərəqqisini ehtiva etməkdədir". 

"Bu amillərlə yanaşı, son illərdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə etmə qaydalarında müsbət dəyişikliklər edilib ki, bu qaydalara əsasən, sahibkarlara verilən güzəştli kreditlərin məbləği artırılıb, eyni zamanda, sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artıb", deyən Bəhruz Quliyev onu da vurğulayıb ki, bununla iş adamlarının kreditlərə çıxış imkanları daha da yüskəlib ki, bu faktor sözügedən sahənin dinamikliyinə müsbət impulslarını verir: "Ölkə başçısının bütövlükdə sözügedən iclasda bu məsələnin üzərində dayanması və önəmli mesajlarını verməsi də sübut edir ki, Azərbaycanda sahibkarlıq sahəsi yaxın zamanlarda daha böyük uğurlara imza atacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31