Deputatlığa namizəd SÜLEYMAN İSMAYILBƏYLİ: "Biz bəziləri kimi dövlətə sərvət kimi yox, elə dövlət olaraq baxırıq" FOTO

48 saylı  Yevlax  seçki  dairəsindən  namizədliyini  irəli sürmüş Süleyman İsmayılbəyli  feysbuk paylaşımı edib:"

Dostlar, artıq ikinci dəfədir ki, oxşar status yazmağa məcburam. Çünki seçki dövründə seçicilərlə keçirdiyim görüşlər zamanı söylədiyim fikirlər, sosial şəbəkədə yazdığım status və rəyləri biriləri dövlət, hökumət əleyhinə fəaliyyət kimi qələmə verməyə, mənim barəmdə mənfi rəy formalaşdırmağa çalışır. Biz canımız, qanımızla dövlətə, dövlətçiliyə,,ən əsası Cənab Prezidentə bağlıyıq və onun əsgəriyik. Bizdən düşmən obrazı formalaşdırmaq mənasızdır. Çünki biz bəziləri kimi dövlətə sərvət kimi yox, elə dövlət olaraq baxırıq, onun qorunması, daha möhkəm olması üçün bacardığımız qədər çalışırıq və çalışacağıq. Ona görə də bizim timsalımızda düşmən yaratmaq əvəzinə, Cənab Prezidentə daha sadiq olun. Ən azı biz jurnalistlər qədər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31