Pyotr Tolstoy: "Rusiya nümayəndələri Azərbaycanda seçkiləri obyektiv şəkildə müşahidə edəcəklər"

Pyotr Tolstoy: "Rusiya nümayəndələri Azərbaycanda seçkiləri obyektiv şəkildə müşahidə edəcəklər"

"Rusiya və Azərbaycan parlamentləri arasında yaxşı münasibətlər qurulub. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımızı inkişaf etdirəcəyik". Olaylar.az Secki-2020.az saytına istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini Pyotr Tolstoy jurnalistlərə söyləyib.

Dövlət Dumasının vitse-spikeri Rusiya nümayəndələrinin Azərbaycanda keçiriləcək parlament seçkilərini obyektiv şəkildə müşahidə edəcəklərini bildirib. "Bizim üçün ölkənin suverenliyi və seçicilərin iradəsi əsasdır", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31