Vladimir Putin Polad Bülbüloğlunu təbrik etdi: “Musiqiçi və sənətkar kimi parlaq istedadınız...”
Vladimir Putin Polad Bülbüloğlunu təbrik etdi: “Musiqiçi və sənətkar kimi parlaq istedadınız...”
4 Fevral 2020 11:41 SiyasətRusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib.
Olaylar.az bildirir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Təbrikdə deyilir: "Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyinizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, Siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, əməkdaşlığın inkişafına mühüm töhfələr verirsiniz. Əlbəttə ki, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir. Sizə ürəkdən sağlamlıq, xoşbəxtlik, rifah və uğurlar arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31