Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti sabah başa çatır
Seçki bülletenlərinin DSK-lara verilməsi müddəti sabah başa çatır
3 Fevral 2020 17:20 SiyasətAzərbaycanda fevralın 9-a təyin edilmiş parlament seçkilərində seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır. "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir. Fevralın 4-də həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31