AVCİYA seçkilərlə bağlı Şirvan, Quba və Sumqayıtda seminar keçirib
AVCİYA seçkilərlə bağlı Şirvan, Quba və Sumqayıtda seminar keçirib
3 Fevral 2020 17:18 SiyasətAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə bağlı növbəti seminarları Şirvan, Quba və Sumqayıtda keçirib. "Olaylar" xəbər verir ki, seminarlarda tədbir iştirakçılarına Milli Məclisə seçkilər ərəfəsi ölkə daxili və beynəlxalq vəziyyət, parlament seçkilərinin keçirilməsini zəruri edən səbəblər, assosiasiyanın ölkədə keçirilən seçkilərlə bağlı gördüyü işlər, seçki administrasiyasının fəaliyyəti, seçki şikayətləri və digərləri haqqında ətraflı məlumat verilib. Daha sonra tədbir iştirakçıları müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə məlumatlandırılıb.
Tədbirlərdə AVCİYA Seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. O bildirib ki, tədbirlərin keçrilməsində məqsəd seçkiöncəsi regionlarda müşahidəçilərin maarifləndirilməsi və əhalinin seçki fəallığının artırılmasına dəstək verməkdən ibarətdir. Tədbirlərin sonunda seminar iştirakçılarının sualları cavablandırılıb, onlara AVCİYA-nın nəşr etdiyi kitablar təqdim olunub.