Prezident İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib
Prezident İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib
3 Fevral 2020 17:15 SiyasətPrezident İlham Əliyev Şri-Lanka Prezidenti Qotabaya Racapaksaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələri, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31