Mübariz Əhmədoğlu: "Tramp İsraliin baş naziri Netanyahu nə çalırsa, onu oynayır"

Mübariz Əhmədoğlu: "Tramp İsraliin baş naziri Netanyahu nə çalırsa, onu oynayır"

"Al-Arabiya" telekanalı məlumat verib ki, "MOSSAD" əməkdaşları İranda Tehranın göründüyündən daha çox nüvə silahı potensialına sahib olduğunu təsdiqləyən sənədlər tapıblar. Resurs qeyd edib ki, son vaxtlar İran işləri aktivləşdirib və indi ona nüvə silahı üçün lazımi komponentlərin istehsalına daha az vaxt - 4-5 ay lazımdır. 2003-cü ildə İraqa qarşı tətbiq olunan ssenarinin təkrarlana biləcəyi sual doğuran məqamlardaandır.

Sonxeber.az mövzu ilə bağlı politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib. O, İranın nüvə ehtiyatı ilə bağlı məlumatların şişirdilmiş formada təqdim etdildiyini bildirib. Həmçinin belə məlumatların İran tərəfindən qəsdən yayıldığını deyib:

"Ssenari yazıldığı istiqamətində gedir. İran zənginləşdirilmiş nüvə ehtiyatı ilə bağlı ifrat şəkildə məlumat yayır. Bu məlumatları isə hesab edirəm ki, İran özü bilərəkdən yayır. Məqsəd öz gücünü nümayiş etdirməkdir. İranda əgər nüvə bombasının 10 faizinin hazırlanmaq imkanı olsa idi, əminəm ki, İran bunun 20 faiz olduğunu deyərdi".

Politoloq həmçinin bildirib ki, İranın nüvə ehtiyatı, nüvə silahı hazırlamaq fikri ilə bağlı məlumatların yayılması hazırda İsrailin marağındadır. Çünki İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Trampla münasibəti çox yaxşıdır: 
"Hesab edin ki, Tramp İsraliin indiki baş naziri Netanyahu nə çalırsa, onu oynayır. İsraildəkilərin də ağlı olduğu üçün yaranmış vəziyyəti öz xeyirlərinə dəyərləndirə bilirlər. Onlar Trampa zərbə endiməyə çalışırlar. Buna görə də İranın nüvə silahı yaratmağı ilə bağlı məlumatlarını şişirdir, BMT Təhlükəsizlik Şurasının yanında məsələ qaldırmaq istəyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31