Taleh Mahmudov: "Parlament seçkiləri ərəfəsində Azərbaycanda demokratik seçki mühiti formalaşıb"

Taleh Mahmudov: "Parlament seçkiləri ərəfəsində Azərbaycanda demokratik seçki mühiti formalaşıb"

"Azərbaycanın zəngin seçki təcrübəsi var. Ölkəmizin seçki qanunvericiliyi də demokratik seçkilərin keçirilməsinə tam imkan verir". "Olaylar" xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında Krasnoyarsk Deputatlar Şurasının üzvü , "Azərbaycan milli-mədəni muxtariyyəti" ictimai təşkilatının sədri Taleh Mahmudov deyib. T.Mahmudov parlament seçkilərinin şəffaf və ədalətli keçiriləcəyini vurğulayaraq deyib: "Azərbaycanda müstəqillik dövründə çoxsaylı parlament, bələdiyyə, prezident seçkiləri keçirilib. Beynəlxalq müşahidəçilərin hesabatlarına nəzərə salanda görürük ki, Azərbaycanda keçirilən seçkilər hər zaman demokratik prinsiplərə uyğun təşkil olunub. Parlament seçkiləri ərəfəsində Azərbaycanda demokratik seçki mühiti formalaşıb. Proses qanunvericiliyə uyğun davam edir. Hesab edirəm ki, mövcud qanunvericilik və təcrübə seçkilərin beynəlxalq standartlara uyğun keçiriləcəyini deməyə əsas verir". T.Mahmudov əminliklə bildirib ki, fevralın 9-da xalq yenidən öz iradəsini nümayiş etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31