57 saylı Kürdəmir seçki dairəsində namizədlərə təşviqat aparmaq üçün bərabər şərait yaradılıb

57 saylı Kürdəmir seçki dairəsində namizədlərə təşviqat aparmaq üçün bərabər şərait yaradılıb

57 saylı Kürdəmir seçki dairəsində Milli Məclisə seçkilərə hazırlıq öz qaydasında davam edir. "Olaylar" xəbər verir ki, bu barədə secki-2020.az saytına dairə seçki komissiyasının (DSK) sədri Əbülfət Mikayılov məlumat verib. O, seçki dairəsində 41 daimi, 1 müvəqqəti məntəqənin fəaliyyət göstərdiyini bildirərək deyib: "Seçki məntəqələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. 11 məntəqədə veb-kamera quraşdırılıb. Bizim dairədə 10 namizəd qeydiyyatdan keçib. Bütün namizədlərə təşviqat aparmaq üçün bərabər əsaslarla şərait yaradılıb. Hər bir seçki məntəqəsində namizədlərin təşviqat materialları üçün lövhələr quraşdırılıb. Namizədlər lövhələrə öz seçki plakatlarını vurublar".

DSK sədri bildirib ki, deputatlığa namizədlər öz seçiciləri ilə xüsusi ayrılmış açıq və qapalı yerlərdə görüşlər keçirirlər. Qeyd edək ki, 57 saylı Kürdəmir seçki dairəsində seçicilərin sayı 43 min 110 nəfərdir. Onlardan 5 nəfərinin yaşı 100-dən çoxdur. Burada seçkiləri izləmək üçün müraciət edən 623 yerli və beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31