ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək
ATƏT PA-nın 60-dan çox üzvü Azərbaycandakı seçkiləri müşahidə edəcək
3 Fevral 2020 12:58 SiyasətATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək. "Olaylar"ın məlumatına görə, ATƏT PA-nın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan hökumətinin dəvəti ilə göndəriləcək missiya Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək.
Ukraynalı deputat Artur Gerasimov ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru təyin edilib, ATƏT PA-nın nümayəndə heyətinə isə albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbərlik edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31