Deputatlığa namizəd Ləman Ələşrəfqızı: "Onlar bu seçkidə dövlətə, Prezidentə, onun İslahatlar proqramına inanır!"

"Ayın 17-dən 117 saylı Oğuz-Qəbələ seçki dairəsində təşviqat aparıram.İki-üç kənddə təkrar görüşlər keçirməyi nəzərə almasaq 61 məntəqəni əhatə edən görüşlər keçirdik. Bircə şey deyə bilərəm: təşviqata başlayanda insanların üzündə bur ümidsizlik, bir inamsızlıq vardı. Bircə görüş, bircə söhbət, bircə düzgün təbliğat, bircə dövlətə, onun yeni siyasətinə inam mesajl insanları seçkilərə həvəsləndirib." Bu  sözləri deputatlığa namizəd Ləman Ələşrəfqızı özünün  feysbuk  səhifəsində paylaşıb"  Təsəvvür edirsiz, adamların gözləri gülür! Buna görə çox-çox xoşbəxtəm! Seçicilərim bizimlədir! Onlar bu seçkidə dövlətə, Prezidentə, onun İslahatlar proqramına inanır! Bu inam da bizi QƏLƏBƏyə aparacaq. Dövlət güclü vətəndaşı ilə bir az daha güclüdür. Elim Oğuz-Qəbələ, bizimkidir Qələbə!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31