Deputatlığa  namizəd  Jalə Mütəllimova-Seyidliyə MARAQLI MÜRACİƏT: "Əlimdən gələni edəcəyəm ki, atamı işdən çıxarsınlar"

Deputatlığa  namizəd  Jalə Mütəllimova-Seyidli maraqlı  feysbuk  paylaşımı  edib:"Seçki prosesi təkcə əsəbləri gərən olayları ilə yadda qalmır. Zərdabdakı seçki məntəqəsi sədrlərindən birinin gənc balası zəng edib deyir müəllimə, mən də müşahidəçiniz olum, əlimdən gələni edəcəyəm ki, atamı işdən çıxarsınlar. Çünki mən o məntəqələrdə edilənlərə dözə bimirəm, ta uşaqlıqdan...Mən də dedim gəl, müşahidəçim ol gənc adam! Allah sənin kimi vicdanlı gəncləri bol eləsin! Sizlərin sayəsində Azərbaycan həmişə olacaq!..

P.S. İndi oxuyub axtaracaqlar, hansı məntəqədı? Kimin oğludu? Harada müşahidəçidi? Bu görüş günü tırla yol kəsməyə bənzəməz cənablar, işləyin, baş sındırın, başınız ağrısın, təzyiqiniz qalxsın, hətta bacarsanız işdən çıxın öz ərizənizlə. Zatən bu seçkidə hər şeydən öndə duran hədəfim bu. Qaldı o cəsarətli gənc müşahidəçiyə, ay tapdınız haa))..." Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31