NAXÇIVANDAN DİASPOR QURUCULUĞUNA DOĞRU- Yəhya Babanlı

Gələn il Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin imzaladığı 16 dekabr 1991-ci il tarixli qərara əsasən hər ilin dekabr ayının 31-i qeyd edilən Dünya Azərbaycanlılarının həmrəyliyi gününün təsis olunmasının 30 illiyidir. Bu münasibətlə,
Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Mərkəzi yaradılsın!

Odlar Yurdu Universiteti [email protected]

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaĢayan azərbaycanlılarla əlaqələrin yaradılması, milli diaspor quruculuğunun formalaĢdırılması, inkiĢaf etdirilməsi ən vacib və strateji məsələlərdən biri olaraq qalırdı. Məhz müstəqilliyimizin ilk illərində də dünyada yaĢayan azərbaycanlıların birliyi və həmrəyliyi yolunda ulu öndərin təĢəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin sessiyasında diaspor quruculuğu istiqamətində ilk addım atıldı. Bununla bağlı qərara 31 dekabrın Milli Həmrəylik günü kimi bayram edilməsini nəzərdə tutan müddəa ilə yanaĢı, bu günün dövlət səviyyəsində qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetinə təklif verilməsinin zəruriliyini bildirən xüsusi bənd də salındı. Bu tarixi sessiyadan 9 gün sonra dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan olunması barədə Azərbaycan Respublikasının Ali Soveti qərar verdi.
Bu məsələlərin geniĢləndirilməsi, dünya ictimaiyyətinə çatdırılması bir qədər sonra daha miqyaslı və effektiv Ģəkil aldı. Belə ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də xalqın tələb və təkidi ilə ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə gəliĢindən sonra dünyada yaĢayan azərbaycanlılarla iĢ sahəsində mahiyyət və keyfiyyətcə yeni mərhələ baĢlandı. Ulu öndər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təntənə ilə qeyd olunmasına sərəncam verdi. Bu da ауrı-ауrı ölkələrdə yaĢayan azərbaycanlıların konsalidasiyası üçün mühüm addımlardan biri olmuĢdur. Bir daha harada yaĢamasından asılı olmayaraq hər bir azərbaycanlı əmin ola bildi ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının tarixi vətəni və öz ata- baba yurdudur.
25
Beynəlxalq İpək Yolu
Müstəqiliyin ilk illərində azərbaycanlıların təĢkilatlanması məsələsi isə ilk növbədə ideoloji və tarixi məsələ olaraq qalırdı. Dünya azərbaycanlılarının 1-ci qurultayının keçirilməsi haqqında 2001-ci il mayın 23-də Heydər Əliyevin tarixi sərəncam imzalaması isə bu mühüm tədbirin gerçəkləĢməsinə istiqamətlənmiĢdi.
Heydər Əliyevin "Xaricdə yaĢayan Azərbaycanlılarla ĠĢ üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı (Müasir dövrün reallıqları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə YaĢayan Azərbaycanlılarla ĠĢ üzrə Dövlət Komitəsinin əsasında Diasporla ĠĢ üzrə Dövlət Komitəsi yaradılmıĢdır), 27 dekabr 2002-ci ildə "Xaricdə yaĢayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanunu imzalaması və sair tədbirlər, digər vacib amillər bir daha sübut edir ki, Azərbaycan diasporunun fəaliyyətinin mütəĢəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan dövlətidir.
Hazırda müasir Azərbaycan diasporu Heydər Əliyevin milli diaspor strategiyasının Naxçıvandan diaspor quruculuğuna qədərki yolunun fundamenti üzərində davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Respublikasının xarici siyasətində diasporumuz mühüm elementə çevrilməklə diplomatiyamızın inkiĢafında xüsusi yerə və rola malikdir.
Bu xüsusda aĢağıda sadalanan tədbirlərin reallaĢdırılması məqsədəuyğun hesab olunur:
 gündəlik qəzetin nəĢr etdirilməsi, radio-televiziya verliĢlərinin hazırlanması, elektron portalların yaradılması və digər KĠV-nin sayının artırması;
 diasporla iĢ sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi məqsədilə elmi potensialın yaradılması, təĢkilatçılıq qabiliyyətinə malik Ģəxslərin hazırlanması;
 xaricdə yaĢayan azərbaycanlıların, xüsusən gənclərin və onların ətrafında olan insanların Azərbaycana ekskursiyalarının təĢkil edilməsi;
 nikah məsələlərinin nəzərə alınması və qarıĢıq ailələrin, onların övladlarının bu iĢə cəlb edilməsi;
 ölkəmizdən miqrasiya edən Ģəxslərlə görüĢlərin keçirilməsi və onlara tövsiyələrin verilməsi;
 xaricə təhsil almaq üçün göndərilən hər bir gənclə fərdi və kollektiv söhbətlərin aparılması və onların təlimatlandırılması.
ÇağdaĢ dövrdə beynəlxalq aləmdə xüsusi nüfuza malik, dünya siyasətində məxsusi yeri və rolu olan dövlətin xarici siyasətini diaspor faktorsuz hesab etmək mümkün deyil. Bütün bunların reallaĢması milli inkiĢafla bərabər, xalqlararası münasibətlərin, dövlətlərarası əməkdaĢlığın möhkəmlənməsinə, bəĢəri sülhün qorunmasına, əmin-amanlığın yaranmasına və sivilizasiyalararası dialoqun inkiĢafına öz töhfəsini verə bilər.
26

Tezislər
Bir sözlə, Naxçıvandan baĢlayan diaspor quruculuğu iĢi dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılan ilk addımdır. Bu addım bu gün davam etdirilərək milli ənənələrin yaĢadılması ilə bəĢəri dəyərlərin inkiĢafına xidmət edir.
Açar sözlər: Diaspor, lobbi, Heydər Əliyev, Naxçıvan MR, dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr)

Oktyabr, 2015 Naxçıvan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31