Deputatlığa namizəd YƏHYA BABANLIDAN gənclərə maraqlı SÜRPRİZ
2 Fevral 2020 13:39 SiyasətFəxrimiz olan Gənclərimiz
Sahil Məmmədli, Səməd Şəfiyev və digərləri Prezident təqaüdü alıb və bizim üzümüzü ağ ediblər. Ordubaddan ən son Pezident təqaüdçü olan gəncimiz isə görkəmli Maarifçimiz Sidqinin adını daşıyan Murad Məmmədtağılıdır.
Murad Məmmədtağılı Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub. M.Füzuli adına internat orta məktəbini bitirib. Qəbul imtahanında 664,7 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsil alır.
"Digər universitetlərlə müqayisədə UNEC-də daha çox yeniliklərin olduğunu mətbuatdan izləyirdim və seçimimdə ən innovativ universitetin üzərində dayandım. Regionun ən mükəmməl fakültəsində təhsil alıram. Fakültədə bütün tələbələr 600-dən yüksək bal toplayıblar. Bu da o deməkdir ki, qrupdakı bilik mübarizəsi özünüinkişaf üçün unikal şərait yaradır".


