Deputatlığa namizədliyini geri götürənlərin sayı 313 nəfərə çatıb
2 Fevral 2020 11:36 SiyasətAzərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Mərkəzi Seçki Komissiyasının (MSK) saytının verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb.
Başqa sözlə, fevralın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 1 nəfər namizədliyini geri götürüb.
Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31