Deputatlığa namizəd Yəhya Babanlı Azərbaycan gənclərini təbrik edib- Tanrı Azərbaycan gəncliyini qorusun və ucaltsın!

 


 

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə namizəd Yəhya  Babanlı 2 fevral  Gənclər  günü  münasibətilə  təbrik  paylaşımı   edib.

Bu gün 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə təsdiq edilib.

Bu, Ulu Öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

 

Gənclər Gələcəyimizdir

Ordubad-Culfa gənclərinin simasında Azərbaycan gənclərini təbrik edirəm.
Bizim gənclər yüksək keyfiyyətlərə malikdir.
İnanıram ki, gündən-günə inkişaf edən Azərbaycanın avanqard hissəsi olan gənclərimiz Vətənimizə yaxından xidmət kimi öz üzərlərinə düşən şərəfli və məsul vəzifənin öhdəsindən layiqincə gələcəkdir.
Tanrı Azərbaycan gəncliyini qorusun və ucaltsın!

На изображении может находиться: 3 человека, в том числе Yahya Babanli, люди стоят, автомобиль, баскетбольная площадка и на улице

На изображении может находиться: 3 человека, в том числе Yahya Babanli, люди улыбаются, люди стоят, костюм и в помещении

На изображении может находиться: 2 человека, в том числе Yahya Babanli, люди сидят и еда

 
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31