Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb

77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü rayonun ən ucqar dağlıq ərazisi, füsunkar təbiəti olan Pəlikəş kəndində keçirib.

Namizəd qeyd edib ki, var olduğu tarix boyu yolu və işığı olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərimizə elektrik xətti çəkilmiş, yollar salınıb və bu işlər davam etməkdədir.

Geniş müzakirələrin və qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşün sonunda seçicilər bir daha namizədə səs verəcəklərini bildiriblər.
Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb
Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb
Rəşad Mahmudov Pəlikəş kəndində seçicilərlə görüşüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31