İnsan ŞƏXSİYYƏTƏ və ya XARİZMAYA NECƏ ÇEVRİLİR? - Aydin Quliyev YAZIR

Aydin Quliyev

"BAKIXƏBƏR"QƏZETİNİN BAŞ REDAKTORU

· 

Səs almaq üçün hər cür oyunlara əl atan "dəstə-dəstə"namizədləri görəndə ,vallah, düşündüklərini ifadə etməyə adamın sadəcə dili gəlmir.

Təşviqat başlayandan sonrakı 20-12 gün ərzində "o şedevr səhnələri"əks etdirən foto və videoların ,çox demirəm,beş faizini bir yerə yığıb kiçik mətnlə müşayət olunan bir "klipə"çevirsəniz ,bilirsinizmi nə alınar?...Rüsvayçı şəkildə əyilib "əl öpənlər",ixtiyar insanların əlindən yapışıb küçə ilə aparanlar,gülməli məzmunda şüarlarla müraciət edənlər, seçicilər tərəfindən üzünə deyilən "itin sözlərinə"çox məmnun qulaq asanlar, bir yumurta ilə sutkanı ötüşdürən sadə kənd adamlarına yazıqların bilmədiyi və heç onlara gərək olmayacaq geopolitikadan, chr("39")strateji maraqlardan, Marksın "Kapital "əsərindən də mürəkkəb iqtisadi terminlərlə danışanlar, daha kimlər və hələ 8 fevraladək ola biləcək daha nələr..nələr...
İnsanların gözünə girmək istəyən bu namizədlərin öz imiclərinə bu dərəcədə laqeyd olmaları adamı dəhşətə gətirir.Rəsmi özlərini "çölə atmışlar "kimi davranış əlamətləri baş alıb gedir.Ən dəhşətli odur ki,belələrinin arasında cəmiyyətin yaxşı tanıdıqları,hətta keçmiş və indiki millət vəkilləri var...Tariximizdə "bu çörəyi yeməzlər"deyib hətta ölüm təhlükəsinə atılmış KİŞİLƏRİN özləri və ruhları onları bağışlasın..
Heç kim özünü aldatmasın.Seçicilər hətta ən peşəkar piar -menecerlərin hazırladıqları təşviqat materiallarına əhəmiyyət vermir,dalınca"şəbeh"qoşub ələ salırlar...
Cəmiyyət səs verməyə ancaq və ancaq hörmətli,samballı,ağır,sözü yer tərpədən ,nəyinsə peşəkarı,gözü kölgəsiz -XARİZMATİK şəxsiyyətləri axtarır.Namizədlərin arasında az da olsa belələri nə yaxşı ki,var.
Kiminsə oğlu,qızı,əri,arvadı olmaqla XARİZMA olmur..Oğurluq-doğurluq ordan-burdan toplanmış milyonlarla XARİZMA olmur...Bütün ömrü boyu ancaq səlahiyyət sahiblərinin yanında olmqla XARİZMA olmur...Ömründə bircə dəfə haqq deyərək axına qarşı getməyəndən XARİZMA olmur...Gündüz müxalifət,gecə iqtidar və ya tərsinə olanlardan XARİZMA olmur...Siyasi mövqeyi açıq və şəffaf olmayanlardan XARİZMA olmur...Bəlli kanalların hesabına hansısa məşhur dünya universitetinin diplomuna sahiblənməklə XARİZMA olmur..Çiynində milli və ictimai -siyasi yük daşımayandan XARİZMA olmur...Bir qayda olaraq özündən yuxarıdakına yalmanaraq aşağıdakıları əzəndən XARİZMA olmur..Cəmiyyətin problemlərindən açıq danışıb tənqid etməyəndən XARİZMA OLMUR..
XARİZMA odur ki,onun tək adı insanlara istədiklərini deyir.Belələrinin qapı-qapı düşüb" əl öpməyinə "ehtiyac qalmır.Samballl şəkildə seçicilərin arasına çıxması kifayətdir.
İnsan ŞƏXSİYYƏTƏ və ya XARİZMAYA NECƏ ÇEVRİLİR? Xalqın heç də hamıya demədiyi KİŞİ ADAM imici ilə...Konkret peşə fəaliyyətində illər boyu nail olduğu nəticələrlə..Tutduğu dövlət vəzifələrində qazana bildiyi təmiz imici ilə...Samballı və bütöv ailə ocağı ilə...Zəhmətsevərliyi,mədəniyyəti və intellekti ilə...XARİZMASI olanlar özləri bu sıranı davam etdirə bilər.
Belələrinin az olduğu namizəd bolluğunda 124 seçim etmək xalqımız üçün çox çətin olacaq...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31