Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
31 Yanvar 2020 18:36 SiyasətYAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verib, onun fəaliyyətini yüksək qiymətləndirib. YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib.
Daha sonra Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında məlumat verib. Ceyhun Məmmədov seçki platforması haqqında geniş məlumat verərək vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.



