MSK sədri deputatlığa namizədləri ədalətli mübarizəyə səslədi

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədləri ədalətli olmağa çağırıb. "Olaylar" xəbər verir ki, bu barədə müraciəti MSK sədri qurumun iclasında səsləndirib. O, vurğulayıb ki, bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolverilməzdir: "Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31