Deputatlığa namizəd Tamam Cəfərovanın seçki kampaniyası uğurla davam edir (FOTO)

Deputatlığa namizəd Tamam Cəfərovanın seçki kampaniyası uğurla davam edir (FOTO)

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Şaməmməd qızı Cəfərovanın təbliğat-təşviqat kampaniyası davam edir.

Tamam Cəfərova səlahiyyətli nümayəndələr, vəkillər və könüllülərlə birgə günümüzədək 30-a yaxın kənddə seçicilərlə görüşüb.

Seçicilərilə geniş tərkibli görüşlər keçirən Tamam Cəfərova sakinlərlə əhatəli söhbət aparıb, ölkəmizdə cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi və sturuktur islahatlarından söz açıb, vətəndaşların bütün problemlərini dinləyib, həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə edib.

İstisnasız olaraq bütün kəndlərdə seçicilərlə görüşən Tamam Cəfərova şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkib, problemləri ilə maraqlanıb.

Tamam Cəfərova mütəmadi olaraq rayon ağsaqqalları, rayon gəncləri, rayon ictimaiyyəti ilə də görüşlər keçirir, onların problemlərini və təkliflərini dinləyir.

tend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31