Müxalifətçi namizəd: “Heç kəsə əngəl yaradılmır” REALLIQ

Müxalifətçi namizəd: “Heç kəsə əngəl yaradılmır” REALLIQ

Bəzi müxalifətçi namizədlərdən fərqli olaraq, VHP sədri seçki prosesinin şəffaf təşkil edildiyini bildirib. Partiyanın sədri Sabir Rüstəmxanlı 1600 nəfərə yaxın namizəd qeydə alındığını və heç kəsə əngəl yaradılmadığını deyib.

"Kim harada istəsə, görüşünü keçirir, öz təbliğatını aparır", deyən VHP sədri şəxsən onun özü də daxil olmaqla, 14 nəfərin içərisində heç bir əngəlin yaradıldığını görmədiyini bildirib: "Hamı sərbəst şəkildə görüş keçiririb öz sözünü deyir. Məncə digər dairələrdə də vəziyyət belədir. Hesab edirəm ki, seçki prosesi normal və şəffaf təşkil olunub".

Qeyd edək ki, bəzi xarici dairələr və onlarla iş birliyində olan destruktiv müxalifətçilər əsassız iddialar irəli sürərək, guya onlara əngəllər yaradıldığını bildirirlər.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31