Deputatlığa namizəd Süleyman İsmayılbəyli:" Seçilməsək belə, vətəndaşlarımızın qayğılarını, problemlərini mətbuat vasitəsilə ictimailəşdirməyə çalışacağıq"
31 Yanvar 2020 14:44 Siyasət48 saylı Yevlax seçki dairəsindən namizədliyini irəli sürmüş Süleyman İsmayılbəyli feysbuk paylaşımı edib:" Bir çox dostlarım, sosial şəbəkə istifadəçiləri sual edirlər ki, hər dəfə seçicilərlə görüşə gedəndə əlində dəftər götürürsən və bunun səbəbi nədir. Hətta bir çoxları ironiya ilə özümün işgüzar kimi göstətərdiyimi də qeyd edirlər. Məlumat üçün bildirirəm ki, həmin dəftərə hər bir kənd, hər bir seçici üçün xarakterik olan problemlər qeyd edilir. Əgər seçici etimad göstərib özünə layiq millət vəkili bilərsə, o zaman bizim əlimizdə konkret plan, proqram olacaq. Artıq kəndlərdən, seçicilərdən problemlərini dinləməyə ehtiyac qalmayacaq. Seçilməsək belə, vətəndaşlarımızın qayğılarını, problemlərini mətbuat vasitəsilə ictimailəşdirməyə çalışacağıq."