Xanım Əhmədzadə: "Seçki prosesində qadınların da fəal iştirak etdiyi müşahidə olunur"

Xanım Əhmədzadə: "Seçki prosesində qadınların da fəal iştirak etdiyi müşahidə olunur"

"Azərbaycanda demokratik seçki mühiti mövcuddur. Seçki prosesində qadınların da fəal iştirak etdiyi müşahidə olunur. Bu da olduqca vacib amildir. İnanıram ki, yeni formalaşacaq parlamentdə qadın deputatların sayında artım olacaq". "OLaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında "Hüquqşünas Qadınlar Assosiasiyasi" İctimai Birliyinin sədri Xanım Əhmədzadə deyib. Seçki hüququnun vətəndaşların mühüm konstitusion hüquqlarından biri olduğunu vurğulayan birlik sədri qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm rola malik parlament seçkiləri ərəfəsində əlverişli seçki mühiti mövcuddur: "Ümidvaram ki, seçki hüququ olan hər bir vətəndaş seçkilərdə fəal iştirak edərək  öz iradəsini azad və demokratik şəraitdə ifadə edəcək". X.Əhmədzadə Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31