51 saylı Qusar seçki dairəsində 950-dən çox yerli və beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

51 saylı Qusar seçki dairəsində 950-dən çox yerli və beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

51 saylı Qusar seçki dairəsində parlament seçkilərinə hazırlıq yüksək səviyyədə davam edir. "Olaylar" xəbər verir ki, bu barədə secki-2020.az saytına dairə seçki komissiyasının (DSK) sədri Cəlil İbrahimov məlumat verib. O qeyd edib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılır: "62 daimi seçki məntəqəsinin hər biri zəruri ləvazimat və avadanlıqlarla təmin edilib. 10 məntəqədə veb-kamera quraşdırılıb. Seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün bütün şərait yaradılıb".C. İbrahimov dairə üzrə 12 namizədin qeydə alındığını bildirib: "Bütün namizədlər seçki plakatlarını təşviqat materialları üçün nəzərdə tutulan lövhələrə yerləşdiriblər. Xüsusi ayrılmış açıq və qapalı yerlərdə namizədlərin seçicilərlə görüşləri keçirilir".

Qeyd edək ki, 51 saylı Qusar seçki dairəsində 44 min 735 nəfər seciçi var. Dairənin əhatə etdiyi seçki məntəqələrində səsvermənin gedişini izləmək üçün 950-dən çox yerli, 2 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31