ABŞ səfiri: “Danışıqların davam etdirilməsinə ümid edirik”
ABŞ səfiri: “Danışıqların davam etdirilməsinə ümid edirik”
31 Yanvar 2020 14:19 SiyasətTərəflər konstruktiv və substantiv danışıqlar üçün bir araya gələndə biz bundan həmişə çox şad oluruq. "Olaylar"ın məlumatına görə, bunu ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib: "Ümid edirəm ki, danışıqlardan dərhal sonra bizim verdiyimiz bəyanatı da görmüsünüz. Bir daha deyirəm ki, danışıqların davam etdirilməsinə ümid edirik".
Qeyd edək ki, yanvarın 28-30-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun "lideri" Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.