Ceyhun Məmmədov Qubadlıdan olan məcburi köçkünlərlə görüşüb – FOTO

Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov yanvarın 30-da seçki kampaniyası çərçivəsində Yasamal rayonunda məskunlaşan Qubadlıdan olan məcburi köçkünlərlə görüş keçirib. Həyətlərdə seçicilərlə söhbətlər edən Ceyhun Məmmədov seçki platforması haqqında onları məlumatlandırıb. Fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə fəal olmağa səsləyib.YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadənin iştirakı ilə keçirilən görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını qeyd edən Arif Fərzəliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verən A.Fərzəliyev onun fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədov Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. Həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Daha sonra YAP-ın deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədovun vəkili, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Görüş iştirakçılarına deputatlığa namizəd Ceyhun Məmmədov haqqında məlumat verib.

Seçicilər də onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31