Georgi Tsereteli: “ATƏT fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə əhəmiyyət verir”
Georgi Tsereteli: “ATƏT fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə əhəmiyyət verir”
30 Yanvar 2020 14:31 SiyasətATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli yanvarın 30-da Azərbaycana səfərə gəlib. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Georgi Tseretelini Milli Məclisin sədr müavini Bahar Muradova qarşılayıb. Georgi Tsereteli ATƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. O deyib ki, ATƏT fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə əhəmiyyət verir və təşkilat olaraq biz də seçkiləri müşahidə edəcəyik. ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycanda müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, sosial sahələrdə islahatlar həyata keçirildiyini qeyd edib.