50 saylı Abşeron-Qobustan seçki dairəsinin bütün məntəqələri zəruri avadanlıqlarla təmin edilib
50 saylı Abşeron-Qobustan seçki dairəsinin bütün məntəqələri zəruri avadanlıqlarla təmin edilib
30 Yanvar 2020 13:21 SiyasətFevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıq işləri 50 saylı Abşeron-Qobustan seçki dairəsində də qanunvericiliyə uyğun şəkildə davam etdirilir. "Olaylar" xəbər verir ki, bu barədə secki-2020.az saytına dairə seçki komissiyasının (DSK) sədri Rafəddin Nağdalıyev məlumat verib. O, bildirib ki, dairənin tərkibinə 51 seçki məntəqəsi daxildir. Dairə üzrə 49 min 58 seciçi var: "Dairə üzrə seçkilərdə mübarizə aparacaq namizədlərin sayı 15 nəfərdir. Namizədlərə seçkiqabağı təşviqatlarını aparmaq üçün hər bir şərait yaradılıb, lövhələr quraşdırılıb. Namizədlər öz şəkillərini, plakatlarını təşviqat lövhələrinə vururlar".
DSK sədri qeyd edib ki, deputatlığa namizədlərin seçicilərlə görüşü üçün iki açıq və iki qapalı yer ayrılıb: "Bir neçə namizədin artıq görüşləri təşkil edilib. Bu günədək heç bir məntəqədə hər hansı problem yaranmayıb". R. Nağdalıyev bildirib ki, səsvermənin keçiriləcəyi bütün məntəqələr zəruri avadanlıqla təmin olunub. 7 məntəqədə veb-kamera quraşdırılıb. Sözügedən dairədə seçkiləri izləmək üçün 400-dən çox müşahidəçi qeydiyyatdan keçib.