Rəvan Həsənov: "Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir"

Rəvan Həsənov: "Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir"

"Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir. Cəmiyyətdə də parlament seçkilərinə böyük maraq var". "Olaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib."Seçki prosesini həm gündəlik mətbuatdan, həm də sosial mediadan izləyirəm. Seçkilərə qatılan siyasi partiyaların namizədləri, həmçinin müstəqil namizədlər fəal şəkildə təbliğat-təşviqat kampaniyası aparırlar. Namizədlər arasında gənclərin sayı kifayət qədər çoxdur. Bütün bunlar  seçkilərdə rəqabətin güclü olacağını deməyə əsas verir", - deyə Rəvan Həsənov vurğulayıb. Seçki prosesinin qanunvericiliyə uyğun aparıldığını söyləyən icraçı direktor qeyd edib ki, prosesin bütün mərhələlərində şəffaflıq yüksək səviyyədə təmin edilir: "Bu günədək hər hansı bir qanun pozuntusu ilə bağlı məlumata rast gəlinməyib". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31