Elgiz Hacıyev: "Köklü islahatların aparıldığı Azərbaycanda parlamentin də yenilənməsi zəruri idi"
Elgiz Hacıyev: "Köklü islahatların aparıldığı Azərbaycanda parlamentin də yenilənməsi zəruri idi"
30 Yanvar 2020 13:17 Siyasət"Azərbaycandakı seçki prosesini yaxından izləyirəm. Rayon şurasının deputatı kimi seçki prosesinin bütün incəlikləri ilə çox yaxından tanışam. Əminəm ki, yeni çağırış parlament Azərbaycan dövlətçiliyinin inkişafına mühüm töhfələr verəcək". "Olaylar" xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Udmurtiyanın "Sarapulski rayonu" bələdiyyəsinin deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının fraksiya rəhbəri Elgiz Hacıyev bildirib.
"Köklü islahatların aparıldığı Azərbaycanda parlamentin də yenilənməsi zəruri idi. Hesab edirəm ki, formalaşacaq parlament islahatların əsas tərkib hissəsidir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31